Son dəqiqə
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur

Enerji içkisi sevənlərəXƏBƏRDARLIQ

Cəmiyyət

“Enerji içkiləri tərkibindəki yüksək kofein səbəbindən yuxusuzluğa yol açmaqla yanaşı, insan orqanizmində gözlənilməz və ciddi fəsadlara da səbəb ola bilər”.

Bu sözləri stomatoloq Antonio Longo deyib.

Həkimin sözlərinə görə, enerji içkiləri ağız boşluğunun turşuluq (pH) balansını pozur və tüpürcək bunu dərhal bərpa edə bilmir. Zaman keçdikcə bu proses diş minasının zədələnməsinə, dişləri fırçalayarkən kəskin narahatlığa və soyuğa qarşı həssaslığın artmasına səbəb olur.

A. Longo əlavə edib ki, bu içkilərin tərkibindəki kofein insanlarda təkcə yuxusuzluq deyil, həmçinin, ürəkbulanma və qarın ağrısı, ishal, narahatlıq, əsəbilik və qıcıqlanma kimi halları yaradır.

Digər mütəxəssis, Dr. Pablo Turrion isə enerji içkilərinin yan təsirlərinə qarşı xüsusilə həssas olan qrupları açıqlayıb.

O bildirib ki, bəzi insanların bu içkilərdən tamamilə uzaq durması şərtdir:

“Hamilə və südverən qadınlar, yeniyetmələr, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər və xroniki yuxu pozğunluğu olan şəxslər enerji içkilərinin zərərli təsirlərinə qarşı ən müdafiəsiz qrupdur”./Qafqazinfo.az/