Son dəqiqə
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur

Ermənilərdən etiraf: Azərbaycan məhsulları daha üstündür

Cəmiyyət

Rusiya bazarında erməni məhsullarını sürətlə Azərbaycan məhsulları əvəz edir.

Cagdas.az xəbər verir ki, bunu Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan yerli jurnalistlərə bildirib.

“Bilirsinizmi, hazırda Rusiya bazarında nə baş verir? Ermənistan məhsullarının yerini çox sürətlə Azərbaycan malları tutur”, – deyə o qeyd edib.

Tsarukyanın sözlərinə görə, ölkə daxilində siyasi qütbləşmə fonunda iqtisadiyyatın real sektoru ciddi problemlərlə üzləşə bilər. O, fermerlər, biznes və dövlət büdcəsi üçün risklərin artdığını vurğulayıb.

Siyasətçi iqtisadiyyatı “Rusyameylli” və “Qərbyönlü” kimi bölməyin yanlış yanaşma olduğunu bildirib.

Tsarukyan əlavə edib ki, parlament seçkilərindən sonra Ermənistanda ictimai ziddiyyətlər daha da dərinləşib və qərarların qəbulunda peşəkarlar və ekspertlər kifayət qədər iştirak etmir.(modern.az)