Son dəqiqə
Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT

Ermənistan və Azərbaycan arasında sülh artıq reallaşmış faktdır – Paşinyan

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülhün artıq reallıq olduğunu bildirib.

Cagdas.az xəbər verir ki, o, bu barədə Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı danışıb.

Paşinyan Azərbaycanla paraflanmış sülh sazişindən sitat gətirib:

“Tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə də belə iddialar irəli sürməyəcəklərini təsdiqləyirlər. Tərəflər digər tərəfin ərazi bütövlüyünün və ya siyasi birliyinin tam və ya qismən pozulmasına yönəlmiş heç bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, təşviqinə və ya dəstəklənməsinə yol verməyəcəklər”.

“Hörmətli dövlət başçıları, Ermənistanla Azərbaycan arasında sülh artıq reallıqdır”, – Ermənistanın Baş naziri vurğulayıb.\modern.az\