Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan Zəngəzur dəhlizində işlərə başladı

Cəmiyyət

Ermənistan Zəngəzur bölgəsindən keçən əsas dövlət avtomobil yollarından birində genişmiqyaslı təmir işlərinə başlayıb.

Cagdas.az  xəbər verir ki, bu barədə Ermənistanın “Yol Departamenti” Fondu məlumat yayıb.

Məlumata görə, İrəvan – Arazdəyən – Noraşen – Tatev – Qafan – Mehri – Ermənistan-İran sərhədi (M-2) dövlətlərarası avtomobil yolunun Zəngər yaşayış məntəqəsindən Borisovka kəndinədək olan hissəsində orta təmir işləri aparılır.

Bildirilib ki, təmir olunan yol sahəsinin ümumi uzunluğu 13,4 kilometr təşkil edir.

Layihə Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Qeyd edək ki, M-2 avtomobil yolu Ermənistanın cənubuna, o cümlədən Qafan, Mehri və İran sərhədinə çıxışı təmin edən əsas nəqliyyat arteriyalarından biri hesab olunur.(modern.az)