Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Ermənistanda arxiyepiskop Xaçatryanla bağlı qərar verildi

Dünya

İrəvanda məhkəmə Eçmiədzin Ana Taxtı dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın həbs müddətini 2 ay uzadıb.

Cagdas.az bildirir ki, qərar barədə arxiyepiskopun vəkili Arsen Babayan məlumat verib.

Vəkilin sözlərinə görə, həmçinin arxiyepiskopla görüşlər də məhdudlaşdırılıb. Babayan əlavə edib ki, hələlik məhkəmənin qərarını almayıb.

Müdafiə tərəfi qərardan apelyasiya şikayəti verməyi planlaşdırır.

Qeyd edək ki, İrəvan məhkəməsi arxiyepiskopu 5 dekabr 2025-ci ildə 2 ay müddətinə həbs edib. Xaçatryan Ermənistan Apostol Kilsəsinin nəzarətə götürülən dördüncü baş iyerarxı olub. İstintaq Komitəsi daha əvvəl bildirib ki, ittihamlar üzrə “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qanunsuz satışı” maddəsi ilə cinayət işi başlanıb. Arxiyepiskop 2018-ci ildə Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı keçirilən etiraz aksiyasında iştirak edən fəalın çantasına narkotik maddənin qoyulmasını əmr etməkdə və onu nüfuzdan salmaq cəhdində ittiham olunur. Xaçatryan ittihamları gülünc adlandırıb./Oxu.az/