Son dəqiqə
Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT

Ermənistanda azərbaycanlılarla bağlı panika yayıldı – Xüsusi xidmət təkzib etdi

Cəmiyyət

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bir neçə azərbaycanlının Meğri rayonu ərazisinə daxil olması ilə bağlı yayılan məlumatları təkzib edib.

Cagdas.az  xəbər verir ki, bu barədə qurumun mətbuat mərkəzindən Ermənistan KİV-nə  bildirilib.

“Bu, dezinformasiyadır. Ümumiyyətlə, həmin məlumatların hamısı yalandır. Onları qəti şəkildə təkzib edirik”, – deyə MTX-nin mətbuat mərkəzindən bildirilib.

Xatırladaq ki, bu gün bir sıra Ermənistan KİV-ləri gecə saatlarında Meğri şəhəri yaxınlığında azərbaycanlı olduğu ehtimal edilən üç nəfər naməlum şəxsin göründüyü barədə məlumat tirajlayıb. Həmin məlumatlarda naməlum şəxslərin guya pilotsuz uçuş aparatları vasitəsilə axtarıldığını iddia edib.\modern.az\