Hüquqşünas Əkrəm Həsənov hərbi xidmətə çağırılan şəxslərin adına banklara olan kredit borclarının dondurulması ilə bağlı suallara aydınlıq gətirib.
Çağdaş.Az xəbər verir ki, Ə.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, əsgərliyə gedənlərin kredit borcu dondurulmur, qanunda belə bir şey yoxdur.
Hüquqşünas həmçinin bildirib ki, kreditin dondurulması, ümumiyyətlə, qanunda yoxdur: “Şəxs əsgərlikdədir, yaxud xəstədir, öldü, bunun məsələyə aidiyyəti yoxdur. O, əmlakı ilə borcuna görə cavabdehdir. Bəli, ola bilər ki, bank güzəşt etsin, gözləsin. Yaxud gözləməyə də bilər”.
















