Son dəqiqə
4 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI Nazir təhsil işçilərini təltif etdi – SİYAHI Daha bir qurumda yoxlamalar başladı – rəhbər vəzifəsindən azad edildi Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR Kürün qədim ana yatağının izləri üzə çıxdı – FOTOLAR Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi Kiyevə hücumun qisası alındı: Rusiya daxilində kritik hərbi obyektlər VURULDU İran yenidən bombalanacaq – Tehran böyük hücuma hazırlaşır Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – AÇIQLAMA
Reklam
Reklam

Ev almaq istəyənlərin nəzərinə: qiymətlər enir – XOŞ XƏBƏR

İqtisadiyyat

Bu il evlərin qiyməti bahalaşacaq, yoxsa ucuzlaşacaq?

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, 2025-ci illə müqayisədə 2026-cı ildə əmlak bazarında nəzərəçarpacaq dərəcədə durğunluq müşahidə olunur: “Ümumilikdə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da əmlak bazarı tələb və təklif prinsipi əsasında özünü tənzimləyir. Mənzilə tələbat azaldıqda satıcılar arasında rəqabət güclənir. Hər kəs mənzilini daha tez və real alıcıya satmaq istədiyindən qiymətlərdə endirimə gedir. Eyni ərazidə oxşar mənzillərin daha aşağı qiymətə təklif edilməsi də digər satıcıları qiymətlərini uyğunlaşdırmağa məcbur edir. Nəticədə bazarda ucuzlaşma prosesi başlayır. Əksinə, alıcıların sayı artdıqda və təklif məhdud olduqda qiymət artımı qaçılmaz olur. Yəni bazardakı dinamika birbaşa tələb və təklif nisbətindən asılıdır. Xüsusilə dekabr ayından etibarən bazarda durğunluq davam edir və qiymətlərdə cüzi azalma müşahidə olunur. Artım qeydə alınmır, lakin enmə faizi də yüksək deyil. Əgər mövcud tendensiya davam edərsə və ipoteka mexanizmi bazara ciddi təsir göstərməzsə, qiymətlərin mərhələli şəkildə azalması mümkündür”.

Ekspert bildirib ki, ipotekaya yararlı mənzillər üzrə fərqli vəziyyət yarana bilər: “Əsasən yeni tikililərdə ipotekaya uyğun mənzillərin sayı məhdud olduğundan və bu seqmentə tələbat artarsa, həmin kateqoriyada müəyyən qiymət artımı mümkündür. Digər kateqoriyalar, yəni köhnə beşmərtəbəli binalar, həyət evləri və ipotekaya yararsız müqavilə əsasında satılan mənzillər üzrə isə yaxın dövrdə ciddi bahalaşma gözlənilmir. Mövcud bazar şərtləri kütləvi qiymət artımı üçün zəmin yaratmır”.

Qeyd edək ki, beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda daşınmaz əmlak qiymətlərinin 10-15 faiz civarında artacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara əsasən isə 2025-ci il ölkədə mənzil qiymətləri əvvəlki illə müqayisədə 12,2 faiz yüksəlib.