Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

“Evi bir neçə nəfərə satıblar” – Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? – VİDEO

Cəmiyyət

Son zamanlar yeni tikililərlə bağlı şikayətlər artıb. Əksər vətəndaşlar tikintisi illərlə davam edən binalardan böyük məbləğlər ödəyərək mənzil alır, lakin arzuladıqları evə sahib ola bilmirlər.

Şikayətçilər bildiriblər ki, bəzi tikinti şirkətləri mənzilləri satmalarına baxmayaraq, nə tikintini vaxtında başa çatdırır, nə də alıcıların hüquqlarını qoruyurlar.

“Ümumi 45 min manat ödəmişəm. 6 ildir kirayədə qalıram, binadan isə hələ də xəbər yoxdur”, – zərərçəkən vətəndaşlardan biri söyləyib.

Başqa bir sakin isə belə deyib: “Bankdan külli miqdarda kredit götürüb ödəniş etmişəm. Sonradan məlum olub ki, mənzili bir neçə nəfərə satıblar”.

Cagdas.az bildirir ki, mövzu ilə bağlı Baku TV-yə açıqlama verən tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, binanın tikilməkdə olan qiyməti ilə tam hazır vəziyyətdəki qiyməti arasında 30-40 faiz fərq olur: “Çoxmənzilli binaların tikintisi orta hesabla 2-3 il davam edir. Bu müddət ərzində əmlak bazarında baş verən qiymət artımları səbəbindən həmin binalardakı mənzillərin satış qiymətlərində də yüksəlmələr baş verir”.

E.Fərzəliyev qeyd edib ki, müqavilələrdə tikintinin başa çatdırılma tarixi göstərilsə də, şirkətlərin öhdəliyi pozması nəticəsində vətəndaşlar uzun müddət gözləməli olurlar.

Ekspert həmçinin alıcılara ciddi xəbərdarlıq edərək vurğulayıb ki, mənzil alarkən şirkət barəsində araşdırma aparmaq, tikintinin sənədlərinin olub-olmadığını öyrənmək və alqı-satqını mütləq notarial qaydada rəsmiləşdirmək lazımdır.