Rusiyada “Apple” şirkətinə məxsus FaceTime tətbiqinə giriş bağlanıb.
Rusiyanın İnformasiya Texnologiyaları və Kütləvi Media Nəzarəti üzrə Federal Agentliyi (Roskomnadzor) sentyabr ayından bəri FaceTime ilə bağlı yaşanan giriş problemlərini qiymətləndirən bir açıqlama yayıb.
Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarəti Qurumunun (Roskomnadzor) yaydığı bəyanatda bildirilir ki, FaceTime vasitəsilə ölkədə “terror fəaliyyətinin təşkili, cinayətkarların əlaqələndiriməsi, fırıldaqçılıq və digər qanunsuz əməliyyatların həyata keçirilməsi” halları müşahidə edilib.
Bəyanatda qeyd olunur ki, tətbiqə giriş bu səbəbdən bloklanıb.
Eyni zamanda Rusiyada təhlükəsizlik və dələduzluqla mübarizə çərçivəsində WhatsApp və Telegram üzərindən zənglərə də müəyyən məhdudiyyətlər tətbiq edilib. Alternativ olaraq, bir müddət əvvəl istifadəyə verilən “MAX” yerli rabitə tətbiqi xüsusilə dövlət qurumları arasında geniş şəkildə yayımlanmağa başlayıb.


