ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerom Pauel faiz dərəcəsinin 3,50–3,75% səviyyəsində sabit saxlanıldığını açıqlayıb və enerji bazarındakı gərginliyə dair xəbərdarlıq edib.
Çağdaş.Az xəbər verir ki, O, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında blokadanın uzadılması ilə bağlı açıqlamalarından sonra 120 dollara qədər yüksələn neft qiymətlərinə toxunaraq deyib: “Enerji qiymətlərindəki artım hələ zirvəyə çatmayıb.”
Pauell bildirib ki, qlobal bazarlardakı qeyri-müəyyənlik yüksək olaraq qalır və FED sərt pul siyasətini davam etdirir. Onun sözlərinə görə, enerji qiymətlərinin artması inflyasiya risklərini gücləndirir.
Brent nefti bir gün əvvəl 104,4 dollardan bağlanıb, daha sonra isə təxminən 7% artaraq 118 dollara yüksəlib və 120 dollar həddinə yaxınlaşıb.
Qiymət artımında əsas səbəb kimi ABŞ-ın İranla bağlı daha uzunmüddətli dəniz blokadasına hazırlaşdığı barədə xəbərlər göstərilir.
Məlumatlara görə, Donald Tramp İranın nüvə proqramı ilə bağlı təzyiqləri artırmaq üçün ölkənin neft gəlirlərini və iqtisadi resurslarını hədəfə alan strategiyanı davam etdirmək istəyir.
Bildirilir ki, Tramp komandası İran limanlarına dəniz nəqliyyatını məhdudlaşdırmaq və neft ixracını zəiflətmək üçün uzunmüddətli blokada planları üzərində işləyir. O, həm yeni hava hücumları, həm də tam geri çəkilmə variantlarını riskli hesab edir və hazırkı mərhələdə iqtisadi və dəniz təzyiqini daha məqsədəuyğun görür.
















