Son dəqiqə
İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir Özəl investisiyalar üçün yeni vergi təşviqləri davam etdirilir Generalın qızının ev dustaqlığına prokurordan etiraz Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq – Proqnoz

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin sayı AÇIQLANDI

Cəmiyyət

Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib.

Cagdas.az  xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Apa-ya bildirilib ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı Bakıya gələn əcnəbi turistlərin sayı bu rəqəmdən bir qədər çoxdur.

Bu isə onu deməyə əsas verir ki, “Formula 1”-lə əlaqədar Azərbaycana gələn turistlərin sayı rekord göstəriciyə çatıb.

O da bildirilib ki, turistlər 100-dən çox ölkədən gəlib.

Rəsmi statistikaya görə, ötən il Qran Pris iştirakçıların 80%-dən çoxunu turistlər təşkil edib.

Orta hesabla, yarış üçün Azərbaycana üz tutan hər bir turistin 2200 ABŞ dollarından çox vəsait xərclədiyi qeyd olunur.