Son dəqiqə
Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO
Reklam
Reklam

Gəncədə şagirdlər arasında kütləvi zəhərlənmə olub

Cəmiyyət

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

Cagdas.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

8 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Zəhərlənənlər 2015-ci il təvəllüdlü F.İsmayılov, 2015-ci il təvəllüdlü X.Tağıyeva, 2014-cü il təvəllüdlü Ə.Zeynalov, 2015-ci il təvəllüdlü N.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədzadə, 2014-ci il təvəllüdlü T.Cəfərzadə, 2015-ci il təvəllüdlü H.Huseynli və 2015-ci il təvəllüdlü Ə.Mirzəyevdir.

Məlumata görə hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.