Son dəqiqə

Gələn il DSMF-nin xərcləri bu qədər olacaq

Cəmiyyət

Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat məbləğində müəyyən edilir.

Cagdas.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

– Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 323 100 000 manat;
– Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 970 000 manat.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.