Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Gözəllik kraliçası qlamur həyatı tərk edib dindar oldu

Dünya

Braziliyada gənclər arasında keçirilən gözəllik müsabiqəsinin qalibi katolik rahibə olub.

Cagdas.az-ın “Newsroom Panama”ya istinadən məlumatına görə, Kamila Rodriqez Kardozo 18 yaşında “Miss Continent” müsabiqəsinin qalibi olub. Gözəllik kraliçası “Miss Brazil” və “Miss Universe” yarışmasında namizəd sayılırdı, ona modellik müqavilələri təklif edilyi və şou-biznesə dəvət olunduğu halda qəfildən qlamur sənayesini tərk edib.

Gənc qadın həyatını Allaha xidmətə həsr etməyə qərar verib. O, atası vəfat edəndə doqquz yaşında iman gətirdiyini deyib. Gözəllik müsabiqəsində qalib gəldikdən sonra Kardozo bunun ona rahatlıq gətirmədiyini söyləyib və bu yoldan imtina etmək qərarına gəlib.

Qızın indi 21 yaşı var. O, Eva adı ilə monastırda yaşayır və gecəqondularda yaşayan uşaqlara dərs deyir. O, etiraf edib ki, evlilik təklifləri almağa davam edir, lakin onları ciddi qəbul etmir. İndi onun həyatı yalnız Allaha məxsusdur.(ölkə.az)