• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.1° Weather Columbus
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Gürcüstana getmək istəyənlər bilet qiymətindən əlavə 12 manat da ödəməlidir - Bunu unutsanız…

21 May, 26 / 12:38
A A

Cari ilin 1 yanvar tarixindən etibarən Gürcüstana səfər edən vətəndaşlar həmin ölkə üçün mütləq səfər sığortası əldə etməlidirlər. Bu məhsul ölkəmizdə fəaliyyət göstərən qeyri-həyat sığortası şirkətləri tərəfindən təklif olunur. Tariflər səfər günlərinin sayından asılı olaraq dəyişir – 2 gündən 365 günə qədər.

Çağdaş.Az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib.

“Ümumi tariflər o qədər də yüksək deyil. Məsələn, vətəndaş Gürcüstana 1 həftəlik səyahət etmək istəyirsə, səyahət sığortasının qiyməti təxminən 12 manat olacaq. Müddət artdıqca sığorta haqqı da adekvat olaraq yüksəlir. Təminat məbləğinə gəldikdə, Gürcüstan tərəfinin tələbinə görə, minimum 30 min lari (təxminən 11.2 min dollar və ya 19 min manat – red.) təminat olmalıdır. Buna görə də yerli sığorta şirkətlərimiz bu sığorta məhsulu üzrə 15 min dollar təminat verirlər. Bildiyiniz kimi, səfər sığortası 2 valyutada təqdim olunur – ya avro ya da dollar. 15 min dollar da kifayət edir ki, 30 min larini artıqlaması ilə əhatə etsin”, – deyə E.Ağabağırov vurğulayıb.

Gürcüstana səfər edən vətəndaşların bu sığorta məhsulu ilə təminat altına alınan risklərinə gəldikdə isə ekspert bildirib ki, vətəndaş səfərdə olduğu müddət ərzində hər hansı bədbəxt hadisə nəticəsində və ya səfər zamanı baş vermiş hər hansı xəstəlik nəticəsində sağlamlığa dəymiş zərərlər qarşılanır:

“Bura stomatoloji xidmətlər və ya günvurma, suda boğulma, yanıq kimi xəsarətlər, habelə, qolun və ya ayağın sınması, hər hansı travmalar, soyuqdəymələr, hətta geniş yayılmış COVİD təminatı da daxildir. O cümlədən, əməliyyat xərcləri, həkim müayinəsi, dərman preparatları – yəni bütün bunlar səfər zamanı bu sığorta məhsulu ilə təminat altındadır və yalnız səfər müddətini əhatə edir. Səfərdən əvvəlki zamana aid hər hansı xroniki xəstəliklər və digər bu kimi hallar səfər zamanı qarşılanmır”.

E.Bağırov onu da diqqətə çatdırıb ki, təminat altına alınan risklər sırasına yük baqajlarının itirilməsi halı da daxildir:

“Bir sözlə, yalnız ölüm halından başqa yuxarıda sadalanan bütün risklər bu sığorta məhsulu ilə təminat altına alınır. Ölüm halının istisna olmasına da aydınlıq gətirim: burada ölüm halı təminat verilən risklərə daxil deyil, yəni sığorta kompensasiyasının vərəsələrə verilməsi kimi hallar yoxdur. Yalnız vəfat edən şəxsin nəşinin Gürcüstandan gətirilməsi xərcləri təminat verilən risklərə daxildir. Yuxarıda qeyd olunan hadisələr yaşanacağı halda müqavilədə xüsusi qaynar xətt nömrələri qeyd olunur. Vətəndaş səfərdə olduğu müddət ərzində yuxarıda sadalanan hər hansı bir hadisə ilə üzləşərsə həmin nömrələrlə əlaqə saxlayıb məlumat verir, ən yaxın klinikalara yönləndirilir və ya təcili yardım vasitəsilə aparılması təmin olunur. Sadalanan bütün tibbi xidmətlər orada tam ödənişsiz həyata keçirilir.

Təminatın qarşılanması ilə bağlı digər bir hal da mümükündür. Belə ki, sığortalı vətəndaş yuxarıda sadalanan hadisələrlə qarşılaşarsa qeyd olunan tibbi xidmətlərdən öz şəxsi büdcəsi hesabına istifadə edir və daha sonra vətənə qayıtdığı zaman həmin qəbzləri sığorta şirkətinə təqdim etməklə xərclədiyi vəsaiti geri ala bilir. Sığorta məhsulunu əldə edərkən tələb olunan sənəd də ümumvətəndaş pasportudur”.

Bənzər Xəbərlər

İqtisadiyyat

Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?

May 21, 2026
İqtisadiyyat

Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK

May 21, 2026
Cəmiyyət

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

May 21, 2026
Cəmiyyət

Bakıya güclü yağış yağacaq - Sabahın havası

May 21, 2026
Cəmiyyət

Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ

May 21, 2026
Cəmiyyət

Bakının Baş Planında əsas məsələ tıxaclardır

May 21, 2026

XƏBƏR LENTİ

Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?

21 May, 26 / 16:29

Ağ Ev Trampın “öldürdüyü” liderlərin siyahısını yaydı

21 May, 26 / 16:00

Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK

21 May, 26 / 15:46

 SEPAH-ın XƏBƏRDARLIĞI Bakıya da çatdı

21 May, 26 / 15:31

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

21 May, 26 / 15:17

Bakıya güclü yağış yağacaq - Sabahın havası

21 May, 26 / 15:03

Emmanuel Makron Azərbaycan Prezidentinə zəng edib

21 May, 26 / 14:48

Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ

21 May, 26 / 14:34

SON DƏQİQƏ: Qazaxıstandan AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA

21 May, 26 / 14:20

Bakının Baş Planında əsas məsələ tıxaclardır

21 May, 26 / 14:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.