Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Hərbi xidmətə yararsız olanlarla bağlı VACİB XƏBƏR

Cəmiyyət

Baş nazir Əli Əsədovun imzaladığı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişikliklərə əsasən, çağırış yaşlı gənc “hərbi xidmətə müvəqqəti yararsız” hesab olunarsa, artıq o, tibb müəssisələrində mütləq qaydada müalicəyə cəlb ediləcək. Bu istiqamətdə prosedurların necə olacağı suallar doğurur.

Cagdas.az -ın Modern.az-a istinadən məlumatına görə, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişikliklər ilk növbədə Azərbaycan gənclərinin sağlamlığının təmin olunması istiqamətində atılan müsbət addım kimi dəyərləndirilir:

“Bu, həm də bəzi çağırışçıların hərbi xidmətdən müxtəlif xəstəliklər adı altında uzun müddət yayınmasının qarşısını alacaq. İlkin müayinə zamanı aşkar olunan xəstəliklər mütləq qaydada müalicə olunacaq. Müalicədən sonra gənclərimiz vətənin keşiyində durmaq üçün orduya göndəriləcək və onlar da öz vətəndaşlıq borclarını yerinə yetirmiş olacaqlar”.

Ekspert vurğulayıb ki, bu qərar gənclərimizin sağlamlıq əldə etməsi ilə yanaşı, həm də ordumuzun daha yüksək dərəcədə komplektləşdirilməsinə gətirib çıxaracaq.