Son dəqiqə
Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
Reklam
Reklam

Hərbi xidmətlə bağlı YENİLİK – Müddət 6 ay AZALDILACAQ

Cəmiyyət

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılacaq.

Cagdas.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, bu müddət ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.

Təklif olunan dəyişikliyə əsasən, bu müddət ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.(Referans Media )