• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.1° Weather Columbus
$
1.7
€
1.9628
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Hava ilə bağlı vacib PROQNOZ – Qarşıdakı üç ayda bizi nələr gözləyir?

19 May, 26 / 9:44
A A

Ani yağıntılar və temperatur dəyişiklikləri qarşıdakı aylarda daha sərt istilərin yaşana biləcəyi ehtimalını gündəmə gətirib. Güclü yağışlar kəskin istilərin xəbərçisi kimi dəyərləndirilir.

Yay aylarında hava ilə bağlı ən real ssenari nədir? Bizi dəhşətli istilərin gözlədiyi haqda iddialar nə dərəcədə əsaslıdır?

Çağdaş.Az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, güclü yaz yağışları avtomatik olaraq “çox dəhşətli yay gəlir” mənasına gəlmir:

“Yəni bunu belə yozmaq doğru yanaşma deyil. Atmosferdə bu cür sadə və birbaşa qayda yoxdur. Amma bəzi hallarda yaz mövsümündəki qeyri-sabit hava yayda daha ekstremal hava ehtimalının artdığını göstərə bilər. Burada bir neçə fərqli məqam var. Əvvəlcə nəzərə almaq lazımdır ki, hava hadisələri ilə iqlim tendensiyası fərqli anlayışlardır. Bir neçə həftə davam edən intensiv yağış hava hadisəsidir, bu, iqlim tendensiyası sayılmır. Uzunmüddətli istiləşmə və rekord temperaturların daha tez-tez müşahidə olunması isə artıq iqlim tendensiyasıdır. Yəni may ayının yağıntılı keçməsi iyul və avqustun rekord istilərlə keçəcəyini sübut edən bir “anons” deyil. Amma qlobal istiləşmə səbəbindən ümumi fon artıq daha istidir. Buna görə də əvvəllər adi hesab olunan istilər indi daha asanlıqla ekstremal həddə çata bilir”.

Ekspert bildirib ki, yazda torpaq və atmosfer çox enerji toplayır, rütubət artır, atmosfer qeyri-sabitləşir:

“Daha sonra subtropik yüksək təzyiq sistemi güclənəndə hava “kilidlənir”. Bu halda əvvəl leysan yağışlar, sonra isə uzunmüddətli boğucu istilər yarana bilər. Amma bu, mütləq ssenari deyil. Regionumuz üçün daha real iqlim ssenarisi isə belə görünür: Azərbaycan və ümumilikdə Cənubi Qafqazda son illərdə daha uzun isti dalğaları müşahidə olunur, gecələr əvvəlkindən daha isti keçir, quraqlıq riski artır. Son illərin təcrübəsi də göstərir ki, yay mövsümünün quraq keçmə ehtimalı yüksəkdir. Bəzi günlərdə isə yüksək rütubətlə birlikdə daha ağır hiss olunan istilər yaşana bilər.

Ən real ssenari tamamilə “fəlakət filmi” deyil, amma normadan bir qədər isti və bir neçə ciddi isti dalğasının yaşandığı yaydır. “Dəhşətli istilər gəlir” fikri isə tam əsaslı sayılmaz. Burada əsas problem iki məsələdir: sosial şəbəkələrdəki şişirtmələr və uzunmüddətli proqnozların yanlış başa düşülməsi. Məsələn, mövsümi proqnozlarda “orta temperatur normadan 1–2 dərəcə yuxarı ola bilər” deyildikdə, bu, hər gün 45–50 dərəcə isti olacağı anlamına gəlmir. Amma həmin 1–2 dərəcə fərq isti dalğalarının sayını, müddətini və gecələrin boğuculuğunu əhəmiyyətli dərəcədə artıra bilər. Ən vacib məqam isə budur: iqlim dəyişikliyi hava hadisələrini daha kəskin edir. Yağış yağanda daha intensiv yağır, istilər gələndə isə daha uzun davam edə bilir. Yəni iqlim dəyişikliyi dedikdə, öyrəşdiyimiz iqlim şəraitinin artıq fərqli və daha sərt formada özünü göstərməsi nəzərdə tutulur”.

Bənzər Xəbərlər

Cəmiyyət

İncəsənət təhsili alanlarla bağlı mühüm YENİLİK

İyun 10, 2026
Cəmiyyət

DYP “Son zəng” tədbirləri ilə bağlı müraciət edib

İyun 10, 2026
Cəmiyyət

Dövlət qurumları üçün parklanma yerlərinin ünvanları təsdiqlənib

İyun 10, 2026
Cəmiyyət

Əli Əsədov yeni qərar imzaladı

İyun 10, 2026
Cəmiyyət

Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO

 

İyun 10, 2026
Cəmiyyət

Qidalanma dərinin görünüşünə təsir edir – Həkimdən TÖVSİYƏ

İyun 9, 2026

XƏBƏR LENTİ

İncəsənət təhsili alanlarla bağlı mühüm YENİLİK

10 İyun, 26 / 11:14

DYP “Son zəng” tədbirləri ilə bağlı müraciət edib

10 İyun, 26 / 11:01

Dövlət qurumları üçün parklanma yerlərinin ünvanları təsdiqlənib

10 İyun, 26 / 10:47

Qızıl və gümüş bahalaşdı

10 İyun, 26 / 10:35

Əli Əsədov yeni qərar imzaladı

10 İyun, 26 / 10:25

Pul və uğuru özünə çəkəcək 4 bürc

10 İyun, 26 / 10:11

DÇ-də yeni qaydalar tətbiq olunacaq

10 İyun, 26 / 9:59

Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO

 

10 İyun, 26 / 9:44

ABŞ-dən SON DƏQİQƏ İran açıqlaması - "Apache"nin qisası alındı

 

10 İyun, 26 / 9:28

SEPAH-dan Vaşinqtona MÜHARİBƏ XƏBƏRDARLIĞI - Regionu CƏHƏNNƏMƏ ÇEVİRƏCƏYİK

10 İyun, 26 / 9:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.