Son dəqiqə

Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən “Cagdas.az”a bildirilib ki, dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.