Cagdas.az xəbər verir ki, bu barədə “Aif.ru” saytına müsahibəsində biotexnoloq Yelena Jelyanina danışıb.
Mütəxəssisin sözlərinə görə, bitki çayları və müalicəvi otların tərkibində müxtəlif aktiv maddələr olduğundan, onların yan təsirləri yarana bilər. Bu səbəbdən hamilə qadınlara və süd verən analara bu içkilərdən istifadə etmək tövsiyə edilmir. O əlavə edib ki, bitki çayları uşaqlara da verilməməlidir.
Bundan başqa, müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər də həkimlə məsləhətləşmədən bitki çayları içməməlidirlər. Məsələn, bəzi otların tərkibindəki maddələr qan təzyiqini yüksəldə və hipertoniya üçün qəbul edilən dərmanların təsirini dəyişə bildiyindən, bu çaylar yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.
Biotexnoloq vurğulayıb ki, qaraciyər və böyrək xəstəlikləri, eləcə də autoimmun xəstəlikləri olan şəxslər də həkimlə razılaşdırmadan bitki mənşəli preparatlardan istifadə etməməlidirlər:
“Bir çoxlarının tamamilə təhlükəsiz və sakitləşdirici hesab etdiyi çobanyastığı çayını belə nəzarətsiz və həddindən artıq miqdarda içmək olmaz.
Çobanyastığı ürəkbulanma, başgicəllənmə və allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə ambroziya, xrizantema, məxmərçiçəyi və digər mürəkkəbçiçəklilər fəsiləsinə aid bitkilərə allergiyası olan insanlar ehtiyatlı olmalıdırlar. Hamiləlik və südvermə dövründə yüksək dozaların təhlükəsizliyi də kifayət qədər araşdırılmayıb”.\ölkə.az\














