Son dəqiqə

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı

Cəmiyyət

Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.

Cagdas.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin “X” hesabında paylaşım edilib:

“Ötən gecə Heydər Əliyev Mərkəzi viste-prezident Ceyms Devid Vensin rəsmi səfərinin şərəfinə ABŞ bayrağının təsviri ilə işıqlandırılıb. Bu gözəl jest güclü və genişlənən ABŞ-Azərbaycan tərəfdaşlığını əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcəyə və qarşılıqlı inkişafa olan müştərək sadiqliyimizin simvoludur”.(metbuat.az)