Son dəqiqə
Bakıda “Soyuq əllər, isti ürək” yarmarkasına hazırlıq başlayıb Ötən həftə 997 ha ərazi minalardan təmizlənib Ağac kəsərkən qaydaları pozdu – İşdən çıxarıldı İstanbulda sel təhlükəsi: Meteoroloqlar yeni xəbərdarlıq yaydı – Çərşənbə axşamı… Sabiq vəzifəli şəxs həbs edildi – FOTO Putin NATO-nu 1997-ci il mövqelərinə qaytarmaq istəyir Gələn il televiziya, radio və nəşriyyatlara 68 milyon manat ayrılacaq Şagirdlərə düşən illik təhsil xərcləri təsdiqlənib Naxçıvan Ali Məclisi sədrinin müavini və əməkdaşları binadan çıxarıldı Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? – Tarif Şurasından açıqlama

Honq-Konqdakı yanğında ölənlərin sayı 146-ya çatıb

Dünya

Axtarış-xilasetmə qrupları bazar günü Honq-Konqdə baş verən yanğın yerində daha 18 cəsəd tapıb və ümumi qurbanların sayı 146-ya çatıb.

Referans.az xəbər verir ki, bu barədə South China Morning Post qəzeti polis nümayəndəsinə istinadən məlumat verib.

Yanğın çərşənbə günü Honq-Konqun Yeni Ərazilər adlanan Tay Po rayonunda yerləşən səkkiz hündürmərtəbəli yaşayış binasından ibarət Wang Fuk Court kompleksində baş verib. Binalardan biri demək olar ki, zərər görməyib, digər yeddisini isə alov bürüyüb. Alov həmin binalarda kosmetik təmir işləri üçün quraşdırılmış bambuk konstruksiyalı tikinti materialları boyunca yayılıb. Kompleksdə təxminən 2 min mənzil var və burada 4 minə yaxın insan yaşayır.

Qeyd edək ki, Honq-Konqdakı yanğında ölənlərin sayı ən son 128 nəfər olaraq bildirilmişdi./APA/