Son dəqiqə
Kreditlər artır, ev almaq çətinləşir: İpoteka bazarında son vəziyyət Sizi məyus edəcəm sülhü uzatmaq olmaz – Mirzoyan Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad olundu Mehri dəmir yolu ilə bağlı cinayət işi açılıb Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR Türk dövlətləri üçün ortaq muzey kartı tətbiq ediləcək Türk Dövlətlərinin Futbol Kuboku keçiriləcək 8 milyonluq villa, bahalı imarət, elit mənzil… – Mehdiyev hansında yaşayır?

Hörmüzün alternativi Xəzər olacaq? – İranın planı

Gündəm

Cənub marşrutlarında yaranan fasilələr və Hörmüz boğazı ətrafında artan qeyri-müəyyənlik fonunda İran ölkənin şimalı və Xəzər dənizi vasitəsilə xarici ticarəti inkişaf etdirmək imkanlarını araşdırır.

Çağdaş.Az xəbər verir ki, bu barədə “Fars” agentliyində dərc olunan məqalədə bildirilib.

“Bu şəraitdə bəzi ekspertlərin “Xəzər Ekspresi” adlandırdığı yol xüsusilə vacibdir. Bu, İranı şimal limanları vasitəsilə Rusiyaya və daha sonra Avrasiya nəqliyyat şəbəkəsinə birləşdirə biləcək və ölkənin cənub ticarət yollarından asılılığını qismən azaldacaq bir yoldur”, – yazıda vurğulanıb.

Qeyd olunub ki, Xəzər dənizi həmçinin Rusiya və Qazaxıstandan zəruri malların, taxılın, kənd təsərrüfatı məhsullarının, ağacın və xammalın idxalı, eləcə də İranın kənd təsərrüfatı, sənaye və tikinti məhsullarının ixracı üçün vacib bir marşruta çevrilə bilər: “Bu şəraitdə prioritet müvafiq sənədin təsdiqini sürətləndirmək deyil, tədqiqatları və onun hərtərəfli nəzərdən keçirilməsini başa çatdırmaq olmalıdır.

İran üçün Xəzər dənizinin əsas problemi təkcə onun sərəncamında nə qədər su və ya dəniz dibi sahəsinin olacağı məsələsi deyil, həm də ölkənin Xəzər dənizindən istifadə etməklə ticarət, tranzit və iqtisadi faydaların hansı hissəsini əldə edə biləcəyi məsələsidir”.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian hazırda ölkəsi üçün Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldırmaq üçün zəmin yarandığını bildirib. Onun yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyi dövlətlər arasında digər Xəzəryanı ölkə Türkmənistan da var. (Report)