• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.4° Weather Columbus
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İcra başçıları ilə bağlı VACİB QƏRAR – Prezidentin köməkçisi AÇIQLADI

24 İyun, 26 / 12:06
A A

“Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı icra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyənləşdirilib.
Cagdas.az   xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Dövlət Proqramı çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, icra hakimiyyəti başçıları Dövlət Proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aqrar sahənin əsas istiqamətləri üzrə hədəf göstəricilərini və nəticə indikatorlarını müəyyən etməli, hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını təmin etməlidirlər.

“İcra başçıları yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, taxıl silolarının (taxıl siloları buğda, arpa və qarğıdalı kimi taxıl məhsullarının uzun müddət təhlükəsiz, quru və xarici təsirlərdən (yağış, istilik, zərərvericilər) qorunaraq saxlanılması üçün nəzərdə tutulmuş xüsusi anbar qurğularıdır – red.) və soyuducu anbarların yaradılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə pambıqçılıq və taxılçılıqda məhsuldarlığın yüksəldilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olmaq üçün bütün zəruri tədbirləri həyata keçirməlidirlər. Onlar yerli imkanlardan istifadə etməklə Dövlət Proqramının fermerlər və sahibkarlar arasında təbliğini gündəlik fəaliyyətlərinin əsas istiqamətlərindən birinə çevirməli, bu işin təşkilatçıları qismində çıxış etməli, dövrün tələblərinə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Aparılan təbliğat işinin əsasını Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı təşkil etməlidir. Şəhər və rayon icra hakimiyyətlərinin hər bir əməkdaşı, o cümlədən icra başçılarının ərazi nümayəndələri həmin çıxışı dərindən öyrənməli və təbliğat işlərini məhz bu istiqamətdə qurmalıdırlar. İcra başçıları bütün imkanları səfərbər etməklə sahibkarların və fermerlərin cənab Prezidentin çağırışına qoşulmaları üçün zəruri tədbirləri həyata keçirməlidirlər. Dövlət Proqramının icrası ilə bağlı təşkilati tədbirlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu sistemə daxil olan bütün qurumların üzərinə düşür”, – deyə N.Əmirov əlavə edib.

Bundan başqa, Prezidentin köməkçisi deyib ki, özəl sektor aqrar inkişafın aparıcı qüvvəsinə çevrilməlidir: “Prezident İlham Əliyevin dediyi kimi, özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. İnvestorları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər. Hesab edirik ki, aqrar sahədə fəaliyyət göstərən hər bir sahibkar cənab Prezidentin bu çağırışına qoşularaq ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılmasına öz töhfəsini verməlidir. İdxal olunan məhsulların ölkə daxilində istehsalının genişləndirilməsi və bununla da özünütəminetmə səviyyəsinin yüksəldilməsi bütün sahibkarlar üçün əsas vəzifələrdən biri olmalıdır”.

“Dövlət Proqramının icrasında cənab Prezident tərəfindən özəl sektorun rolunun xüsusi vurğulanması bir daha göstərir ki, kənd təsərrüfatının dayanıqlı inkişafı yalnız dövlət dəstəyi ilə deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, eləcə də texnologiya və müasir suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı ilə mümkündür. Beləliklə, qarşıdakı dövrdə özəl sektor yalnız istehsalçı kimi deyil, aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir. Fermer məhsul istehsal edir, emal müəssisəsi həmin məhsula əlavə dəyər yaradır, logistika və saxlama infrastrukturu məhsul itkilərini azaldır, ixracatçı isə məhsulu xarici bazarlara çıxarır. Nəzərə almaq lazımdır ki, bu zəncirin hər hansı bir həlqəsinin zəifləməsi və ya qırılması istehsalda əldə olunan nəticələrin tam iqtisadi dəyərə çevrilməsinə mane olur”, – deyə o vurğulayıb.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

İyun 24, 2026
Cəmiyyət

Bakının bu ərazilərində işıq olmayacaq

İyun 24, 2026
Cəmiyyət

İş günü qısaldılacaq – Bu tarixdə

İyun 24, 2026
Cəmiyyət

Bakı-Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

İyun 24, 2026
Cəmiyyət

Azərbaycanda dollara tələb kəskin azalıb – RƏQƏMLƏR

İyun 24, 2026
Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

İyun 24, 2026

XƏBƏR LENTİ

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

24 İyun, 26 / 14:08

Əfsanələrə ilham verən qədim şəhər Troya – FOTOLAR  

 

24 İyun, 26 / 14:06

Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır - FOTOLAR

24 İyun, 26 / 13:57

Bakının bu ərazilərində işıq olmayacaq

24 İyun, 26 / 13:55

Türkiyənin ən gözəl  turizm kəndlərinın adı açıqlandı - FOTOLAR

24 İyun, 26 / 13:48

İş günü qısaldılacaq – Bu tarixdə

24 İyun, 26 / 13:42

Bakı-Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

24 İyun, 26 / 13:35

Azərbaycanda dollara tələb kəskin azalıb – RƏQƏMLƏR

24 İyun, 26 / 13:28

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

24 İyun, 26 / 13:18

Mərkəzi Bankdan inflyasiya xəbərdarlığı: Xarici risklər artır

24 İyun, 26 / 13:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.