Son dəqiqə
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb
Reklam
Reklam

İcra başçısı müavinləri ilə bağlı yeni qayda qəbul edildi

Cəmiyyət

Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir.

Cagdas.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.

Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.(sfera.az)