Kriptovalyuta birjası ICRYPEX-in İdarə Heyətinin sədri Gökalp İçer barəsində aparılan istintaq yekunlaşıb. Ona qarşı “narkotik və ya psixotrop maddələrin ticarəti və ya təmin edilməsi” eləcə də “qadına qarşı ehtimal olunan qəsdlə adam öldürmə” maddələri üzrə ömürlük həbs cəzası istənilib.
Cagdas.az bildirir ki, İstintaq materiallarına əsasən, vəkil Göksu Çelebinin Gökalp İçer tərəfindən təmin edildiyi iddia olunan narkotik maddədən istifadə etdikdən sonra halı pisləşib və nəticədə həyatını itirib. Məhz bu hadisə ilə bağlı aparılan araşdırma başa çatdırılıb.
Toplanan sübutlar əsasında prokurorluq Gökalp İçer haqqında qeyd olunan ittihamlarla ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edib.


