• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16° Weather Columbus
$
1.7
€
1.9949
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ – 1000 manatadək CƏRİMƏSİ VAR

13 May, 26 / 10:49
A A

İctimai nəqliyyatda heyvanların daşınması məsələsi sərnişinlərin rahatlığı və narazılığı baxımından həmişə müzakirə mövzusu olub. Bir tərəfdən dördayaqlı dostlarımıza olan mərhəmət hissi, digər tərəfdən isə gigiyenik problemlər, bəzən fobiyalar sərnişinləri daim üz-üzə qoyur. Xüsusilə qucaqda, daşıma çantası olmadan heyvan aparılması digər sərnişinlərin narazılıığına səbəb olur.

Belə hallarda qanunvericilik nə deyir?
Cagdas.az   xəbər verir ki ,hüquqşünas Leyla Bədəlova Bizim.Media-ya açıqlamasında bildirib ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”-ın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 3.1.3-cü maddəsinə əsasən heyvan sahibinin ev heyvanlarını su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq hüququ var.

Lakin insanların sağlamlığının qorunması məqsədi ilə itlər ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmalıdır. Həmin Qərarın 4.4.4-cü maddəsinə əsasən baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması qadağandır. Qadağan olunan məsələlər olmadığı təqdirdə heyvan sahibi heyvanı ictimai nəqliyyatda apara bilər.

Göstərilən qadağanın heyvan sahibi tərəfindən pozulması da qanunla məsuliyyətə səbəb olur.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsinə əsasən ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə nəzərdə tutulub. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən göstərilən maddə ilə bağlı inzibati tənbeh almış şəxs bir il ərzində təkrar qaydanı pozduqda 300 manat məbləğində cərimə, 290.3-cü maddəsinə əsasən isə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə isə 800 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Qucaqda heyvan aparmaq məsələsinə gəlincə isə, əgər heyvan digər sərnişinləri narahat edir, təhlükə yaradır, allergiya və ya gigiyena problemi yaradırsa, bu artıq qayda pozuntusu kimi qiymətləndirilə bilər. İctimai nəqliyyat sürücüləri konkret sərnişininin şikayəti əsasında onun narahatlığını əsas gətirərək heyvanın minməsinə etiraz edə bilərlər.

Bənzər Xəbərlər

Cəmiyyət

Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər

May 13, 2026
Cəmiyyət

Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR

May 13, 2026
Cəmiyyət

Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR – Yeni məbləğ nə qədər OLACAQ?

May 13, 2026
Cəmiyyət

Binədə işıq və qaz olmayacaq

May 13, 2026
Cəmiyyət

Dövlət qurumu mobil tətbiqinin fəaliyyətini dayandırıb

May 13, 2026
Cəmiyyət

“DYP-dən sürücülərə xəbərdarlıq: Məcburi dayanarkən bunları edin”

May 13, 2026

XƏBƏR LENTİ

Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

13 May, 26 / 12:53

Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər

13 May, 26 / 12:40

Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR

13 May, 26 / 12:26

Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR – Yeni məbləğ nə qədər OLACAQ?

13 May, 26 / 12:12

Binədə işıq və qaz olmayacaq

13 May, 26 / 11:58

Dövlət qurumu mobil tətbiqinin fəaliyyətini dayandırıb

13 May, 26 / 11:45

“DYP-dən sürücülərə xəbərdarlıq: Məcburi dayanarkən bunları edin”

13 May, 26 / 11:31

ÜST dəhşətli virusla bağlı təcili XƏBƏRDARLIQ YAYDI TƏCİLİ!

13 May, 26 / 11:17

Tehran dünyaya meydan oxudu: İran təhlükəli həddi işarə etdi

13 May, 26 / 11:03

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ – 1000 manatadək CƏRİMƏSİ VAR

13 May, 26 / 10:49
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.