Son dəqiqə
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR – Bütün növ əmək pensiyaları artacaq Moskvada enerji sammiti: Pezeşkian liderlərlə görüşə bilər Zəngəzur dəhlizində MÜHÜM gəlişmə – sülhə qədər… 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib? İlham Əliyev Avstriya Prezidentini təbrik edib Bu gün İstanbul derbisi olacaq Alanya dünya çimərlik futbolunun mərkəzinə çevrilir: 44 klubun mübarizəsi başlayır İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur – Nazirlik Xətaidəki davanın yeni götüntüləri – ANBAAN VİDEO Türkiyə ilə Ermənistan arasındakı Ani körpüsünün bərpası üçün tender yekunlaşdı

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Belleni bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Cagdas.az  xəbər verir ki, dövlət başçısının təbrikində deyilir:

“Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlənərək qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Avstriya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.