Son dəqiqə
14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib? İlham Əliyev Avstriya Prezidentini təbrik edib Bu gün İstanbul derbisi olacaq Alanya dünya çimərlik futbolunun mərkəzinə çevrilir: 44 klubun mübarizəsi başlayır İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur – Nazirlik Xətaidəki davanın yeni götüntüləri – ANBAAN VİDEO Türkiyə ilə Ermənistan arasındakı Ani körpüsünün bərpası üçün tender yekunlaşdı Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır – VİDEO Daha bir yolayrıcında svetoforlar quraşdırıldı 3 bürcün həyatında noyabrda gözlənilməz dəyişikliklər olacaq

İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur – Nazirlik

Cəmiyyət

Azərbaycanın Elm və Təhsil Nazirliyi İranda azərbaycanlıların ana dilində təhsil imkanlarının olmamasına diqqət çəkib.

Cagdas.az xəbər verir ki, nazirliyin açıqlamasında İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəbin belə olmadığı bildirilib. Qeyd olunub ki, ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir.

“Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər”, – deyə açıqlamada vurğulanıb.

Nazirlik İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafa və bu mövzuda çıxış edən digər şəxslərə Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, həmin ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görməyi tövsiyə edib.\modern.az\