Son dəqiqə
Kreditini vaxtında verə bilməyənlərin nəzərinə: Mərkəzi Bankın sədri QƏRAR İMZALADI – VİDEO İllərdir yaşadığı evə çıxarış ala bilməyənlərə ŞAD XƏBƏR: bu sənədlər lazımdır – VİDEO 3 yaşına qədər uşağı olan anaların DİQQƏTİNƏ: Verilən pul artacaq? Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI – Nə baş verir? Xalq artistinin məktəbli geyimi və hicabla bağlı sözləri GÜNDƏM OLDU Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI 3 bürc MİLYONÇU olacaq: Gözlənilməz sərvət və böyük miras qapısı açılır Komitə sədri məsələyə qarışdı: Nazirlər Kabinetinin 325 nömrəli qərarı… İsrail dünyaya kritik xəbər yaydı – Nəhəng ölkədə karantin həyəcanı, əhaliyə təcili çağırış İlham Əliyev Baş naziri qarşıladı-FOTOLAR
Reklam
Reklam

İlham Əliyev Baş naziri qarşıladı-FOTOLAR

Cəmiyyət

Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.

Cagdas.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verib.

Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.