Son dəqiqə
Kreditini vaxtında verə bilməyənlərin nəzərinə: Mərkəzi Bankın sədri QƏRAR İMZALADI – VİDEO İllərdir yaşadığı evə çıxarış ala bilməyənlərə ŞAD XƏBƏR: bu sənədlər lazımdır – VİDEO 3 yaşına qədər uşağı olan anaların DİQQƏTİNƏ: Verilən pul artacaq? Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI – Nə baş verir? Xalq artistinin məktəbli geyimi və hicabla bağlı sözləri GÜNDƏM OLDU Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI 3 bürc MİLYONÇU olacaq: Gözlənilməz sərvət və böyük miras qapısı açılır Komitə sədri məsələyə qarışdı: Nazirlər Kabinetinin 325 nömrəli qərarı… İsrail dünyaya kritik xəbər yaydı – Nəhəng ölkədə karantin həyəcanı, əhaliyə təcili çağırış İlham Əliyev Baş naziri qarşıladı-FOTOLAR
Reklam
Reklam

İsrail dünyaya kritik xəbər yaydı – Nəhəng ölkədə karantin həyəcanı, əhaliyə təcili çağırış

Cəmiyyət

Çinin Rusiya ilə həmsərhəd bölgələrində mümkün karantin tətbiqi ilə bağlı yayılan məlumatlar narahatlıq doğurub.

Cagdas.az  xəbər verir ki, İsrailin 14-cü telekanalının ingilisdilli X hesabında Çinin sosial şəbəkələrində karantin təhlükəsi ilə bağlı çağırışların sürətlə yayıldığı iddia edilib.

Məlumata görə, Rusiyaya yaxın əyalətlərin sakinlərinə mümkün karantin tədbirlərindən əvvəl təcili şəkildə əsas ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar ehtiyatı toplamaq tövsiyə olunur.

İddialar xüsusilə Çinin şimal-şərqində yerləşən və Rusiya ilə həmsərhəd olan bölgələrlə əlaqələndirilir. Heylunszyan və Tsilin əyalətləri Rusiya sərhədinə yaxın yerləşir. Liaonin əyaləti isə Çinin şimal-şərqində olsa da, Rusiya ilə birbaşa həmsərhəd deyil.

Diqqətçəkən məqam odur ki, İsrail telekanalının yaydığı məlumat başqa etibarlı mənbələr tərəfindən müstəqil şəkildə təsdiqlənməyib. Çin hakimiyyəti də həmin bölgələrdə yeni kütləvi karantin rejiminin tətbiqi barədə rəsmi qərar açıqlamayıb.

Bu məlumatların fonunda Rusiyanın İrkutsk vilayətində qeydə alınmış ölüm hadisəsi də diqqət çəkir. Oktyabrın 2-də İrkutskdakı taun əleyhinə elmi-tədqiqat institutunun 28 yaşlı əməkdaşı Darya Şipilova ağır pnevmoniyadan sonra vəfat edib.

Hadisə Rusiyada ağciyər taununun mümkün yayılması barədə şayiələrə səbəb olub. Bununla belə, Rusiya rəsmiləri ölkədə taun epidemiyasının başladığını təsdiqləməyiblər. Həmin ölüm hadisəsi ilə Çində yayıldığı iddia olunan karantin çağırışları arasında əlaqə də müəyyən edilməyib.

Bundan əvvəl, avqustun 24-27-də Çin və Rusiyanın sərhəd bölgələrində yoluxucu xəstəliklərə qarşı birgə fövqəladə təlim keçirilib. Təlim zamanı xaricdən taun xəstəliyinin daxil olması ehtimalı üzrə tədbirlər sınaqdan keçirilib.

Təlimə 19 operativ qrup, 300-dən çox əməkdaş və 40-dan artıq nəqliyyat vasitəsi cəlb olunub.

Tayvanın Newtalk nəşri də Çinin sosial şəbəkələrində bəzi istifadəçilərin antibiotik ehtiyatı toplamağa çağırdığını yazıb.\referans media\