• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.1° Weather Columbus
$
1.7
€
1.9425
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İlham Əliyev yeni səfiri qəbul edib – GÖRÜNTÜ

23 Sentyabr, 26 / 12:37
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

Cagdas.az  xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların önəminə toxundu.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə builki səfərlərini qeyd etdi.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Estoniyanın Azərbaycana ilk səfiri təyin olunmasından şərəf hissi duyduğunu deyən Tiina Nirk ölkələrimiz, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün səylə çalışacağını vurğuladı.

Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini qeyd edən səfir bir çox sahədə, o cümlədən siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər üzrə tərəfdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu dedi.

Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq baxımından geniş imkanlara toxunaraq, bu xüsusda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd etdi.

Səfir, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirdi.

Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsinə mühüm töhfə verəcəyi vurğulandı, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Bənzər Xəbərlər

Cəmiyyət

Bankların sayı 20-yə enə bilər – Müştəriləri nə gözləyir?

Sentyabr 23, 2026
Cəmiyyət

Avtobus yoluna girən sürücülərə sərt XƏBƏRDARLIQ

Sentyabr 23, 2026
Cəmiyyət

Azərbaycanda yeni zavod tikiləcək

Sentyabr 23, 2026
Cəmiyyət

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Sentyabr 23, 2026
Cəmiyyət

Deputatların vətəndaş qəbulunun CƏDVƏLİ

Sentyabr 23, 2026
Cəmiyyət

Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI

Sentyabr 23, 2026

XƏBƏR LENTİ

Bankların sayı 20-yə enə bilər – Müştəriləri nə gözləyir?

23 Sentyabr, 26 / 13:03

Avtobus yoluna girən sürücülərə sərt XƏBƏRDARLIQ

23 Sentyabr, 26 / 12:49

İlham Əliyev yeni səfiri qəbul edib – GÖRÜNTÜ

23 Sentyabr, 26 / 12:37

Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23 Sentyabr, 26 / 12:27

Azərbaycanda yeni zavod tikiləcək

23 Sentyabr, 26 / 12:24

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

23 Sentyabr, 26 / 12:11

Deputatların vətəndaş qəbulunun CƏDVƏLİ

23 Sentyabr, 26 / 11:57

Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını AÇIQLADI

23 Sentyabr, 26 / 11:44

Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirik – Paşinyan

23 Sentyabr, 26 / 11:31

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr, 26 / 11:18
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.