Palçıq sürüşmələri evləri, yolları və kritik infrastrukturu dağıdıb, ən çox zərər çəkmiş rayonlarda xilasetmə əməliyyatlarına mane olub.
“Cagdas.az” İndoneziyanın Sumatra adasında dağıdıcı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 600-ü ötüb. AFP xəbər agentliyi xilasetmə xidmətlərinin məlumatına istinadən xəbər verir.
Daha əvvəl ölənlərin sayı 500-dən çox idi.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi fəlakətin ötən həftənin sonundan bəri bölgədə davam edən leysan yağışlar nəticəsində baş verdiyiniaçıqlayıb. Palçıq sürüşmələri evləri, yolları və vacib infrastrukturu dağıdıb və ən çox zərər çəkmiş rayonlarda xilasetmə əməliyyatlarına mane olub.


