• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.8° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İnvestisiya üçün torpaq yaxşıdır, yoxsa hazır ev?

01 İyul, 26 / 10:10
A A

Daşınmaz əmlak uzun illərdir ən etibarlı investisiya alətlərindən biri hesab olunur. Lakin investisiya etmək istəyənlərin qarşısında vacib seçim dayanır. Torpağa yatırım daha çox qazanc vəd edir, yoxsa mənzilə qoyulan vəsait daha sərfəlidir?

Çağdaş.Az-ın xəbərinə görə, mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, Azərbaycanda istər torpaq, istərsə də fərdi evlərin qiymətinin hər il müəyyən faiz dərəcəsində artdığını nəzərə alsaq bu onu deməyə əsas verir ki, əmlaka qoyulan vəsait dəyərini itirmir, əksinə, gəlir gətirir:

“Bu il aldığınız evi gələn il satsanız, ondan qazanc əldə etmək mümkündür. Ev və torpağı müqayisə etsək, investisiya baxımından ev daha əlverişli hesab olunur. Çünki xüsusilə Bakı və ətraf qəsəbələrdə kirayə mənzillərə tələbat yüksəkdir və kirayə qiymətləri kifayət qədər bahadır. Bu da investisiya üçün ev almağın daha sərfəli olduğunu göstərir. İnvestora qazanc gətirən iki əsas amil var. Birincisi, qiymət artımıdır. Məsələn, bu il 200 min manata alınan evi gələn il təxminən 220-225 min manata satmaq mümkündür. Hazırkı bazar vəziyyəti bunu göstərir”.

Ekspert deyib ki, ikinci qazanc mənbəyi isə kirayə gəliridir:

“Məsələn, yeni binada 200 min manata alınan mənzili ayda təxminən 700-800 manata kirayə vermək mümkündür. Köhnə binalarda isə bu məbləğ 500-600 manat civarında dəyişir. Əgər mənzil ayda 800 manata kirayə verilirsə, bu il ərzində təxminən 9 min 600 manat gəlir deməkdir. Beləliklə, 200 min manata alınan mənzil həm kirayədən gəlir gətirir, həm də bazar dəyəri artır. Nəzərə alsaq ki, il ərzində əmlakın qiymətində yenidən artım baş verir, bu da investora əlavə qazanc qazandırır. 2019-cu ildən etibarən əmlak bazarında müşahidə olunan tendensiya göstərir ki, evə qoyulan vəsait investorlara gəlir gətirməyə davam edir. Hazırkı vəziyyətdə Bakı və ətraf qəsəbələrdə əmlaka qoyulan pul, xüsusilə də evlərə yatırılan investisiya dəyərini itirmir. Əksinə, həm qiymət artımı, həm də kirayə gəliri hesabına qazanc əldə etmək mümkündür. Bu baxımdan, investor öz vəsaitini əmlaka yönəldərsə, düşünürəm ki, bundan daha çox qazanc əldə edə bilər” , – deyə o qeyd edib.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Bakı kəndlərini niyə qurbağalar basıb? – VİDEO

İyul 1, 2026
Cəmiyyət

Dünyanı sarsıdan olaylar: illər əvvəl deyilmişdi – Azərbaycan üçün də risk var

İyul 1, 2026
Cəmiyyət

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” – AQTA sədri

 

İyul 1, 2026
Cəmiyyət

Bakıda 5 istiqamətdə tıxac müşahidə olunur

İyul 1, 2026
Cəmiyyət

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

 

İyun 30, 2026
Cəmiyyət

Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?

İyun 30, 2026

XƏBƏR LENTİ

Tokayev xalqa müraciət etdi: Qazaxıstan tarixində yeni dövr başladı

 

01 İyul, 26 / 11:33

Bakı kəndlərini niyə qurbağalar basıb? – VİDEO

01 İyul, 26 / 11:20

Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı: Türkiyə və Rusiya da dəstəkləyir

01 İyul, 26 / 10:52

Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir? – Vacib yenilik

 

01 İyul, 26 / 10:38

Dünyanı sarsıdan olaylar: illər əvvəl deyilmişdi – Azərbaycan üçün də risk var

01 İyul, 26 / 10:24

İnvestisiya üçün torpaq yaxşıdır, yoxsa hazır ev?

01 İyul, 26 / 10:10

İsrail Qəzza və Qərb sahilində işğalı genişləndirir – yeni plan üzə çıxdı

01 İyul, 26 / 9:54

Trampın sərvətində kripto partlayışı: Bir ildə 1,4 milyard dollardan çox qazandı

01 İyul, 26 / 9:40
Russia, Ukraine and NATO

70 milyard avroluq yardım planında böhran – İtaliya NATO-nun qərarını ləngidir

01 İyul, 26 / 9:27

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” – AQTA sədri

 

01 İyul, 26 / 9:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.