Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

İqlim gündəminin diqqəti Bakıda: mühüm toplantı başladı

Cəmiyyət

Azərbaycanın paytaxtında “Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) öz işinə başlayıb.

Cagdas.az  xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan və Türkiyənin iqlim gündəliyi üzrə rəsmiləri, COP30 və COP31 rəhbərliyi, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də iqlim üzrə yüksəksəviyyəli çempionlar iştirak edirlər.

Açılış mərasimində COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, COP30-un icraçı direktoru Ana Toni, COP31-in icraçı direktoru Fatma Varank, COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu Samed Ağırbaş, İRENA-nın baş direktoru Francesco La Camera və digər şəxslər çıxış edəcəklər.

Tədbirdə BCAW 2026 ilə bağlı videoçarx nümayiş etdirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell də iştirakçılara videoformatda müraciət edəcək.

“Bakı İqlim Həftəsi” iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.\modern.az\