İran məhkəmə sistemi ABŞ prezidenti Donald Tramp və bir israilli fəalın İranda 8 qadının edam təhlükəsi ilə üzləşdiyinə dair iddialarını təkzib edib.
Cagdas.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Daha əvvəl Tramp həmin qadınlar haqda özünün “Truth Social” platformasında yazmışdı və İran liderlərindən “səkkiz qadını azad etməyi” istəmişdi.
“Xahiş edirəm, onlara zərər verməyin! Bu, danışıqlarımız üçün əla başlanğıc olardı!!! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”, – deyə ABŞ prezidenti yazıb.
Tramp Eyal Yacobi adlı istifadəçisinin paylaşımını paylaşaraq, İran hakimiyyətinin “səkkiz qadını asmağı planlaşdırdığını” iddia etmişdi.(modern.az)















