Son dəqiqə
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb
Reklam
Reklam

İran hökumətində internet qadağası ilə bağlı müzakirələr başlayıb

Dünya
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ölkədə tətbiq olunan internet məhdudiyyətlərinin səmərəsiz olduğunu bildirib. O, həmçinin VPN proqramlarının milli kibertəhlükəsizlik üçün risk yaratdığını və son hərbi qarşıdurmalar zamanı bunun mənfi təsirlərinin hiss edildiyini deyib.

Çağdaş.Az xəbər verir ki, Məhəmməd Rza Arif bu fikirləri Qum şəhərində din xadimləri ilə keçirdiyi görüşdə səsləndirib.

Ölkədə bəzi xarici internet saytları və mobil tətbiqlərə qoyulan giriş məhdudiyyətlərinə toxunan Arif bildirib ki, texnologiyaya qadağalarla yanaşmaq düzgün nəticə vermir.

“Texnologiyanı boykot etmək çıxış yolu deyil. İnternet magistral yola bənzəyir. Əgər həmin yolda bir avtomobil qaydanı pozursa, bütün yolu bağlamaq lazımdır, yoxsa qaydanı pozan sürücünü cəzalandırmaq?” – deyə o vurğulayıb.

İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Arif qeyd edib ki, tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, insanların böyük əksəriyyəti VPN vasitəsilə bloklanmış platformalara daxil olur.

Onun sözlərinə görə, bu vəziyyət dövlətin kiberməkanda nəzarət imkanlarını zəiflədir.

“İnternetdə zəngin İslam və İran mədəniyyətinə əsaslanan yanaşma formalaşdırmalıyıq. Lakin hazırda VPN-lər kiberməkanda təhlükəsizlik nəzarətimizi aradan qaldırıb. Biz rəqəmsal mühitdə suverenliyimizi təmin etməli və onu idarə edə bilməliyik. Filtrləmə siyasəti isə əksinə, təhlükəsizlik imkanlarımızı zəiflədir və son müharibələr zamanı bunun mənfi nəticələrini gördük”, – deyə Arif bildirib.

Qeyd edək ki, İranda uzun illərdir Telegram, Facebook, X (keçmiş Twitter) və YouTube kimi xarici sosial şəbəkə və mesajlaşma platformalarına giriş məhdudlaşdırılıb. Buna baxmayaraq, ölkə vətəndaşlarının əksəriyyəti VPN xidmətlərindən istifadə edərək bu platformalara çıxış əldə edir.