Son dəqiqə
Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq

İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib

Cəmiyyət
İranın Birləşmiş Hərbi Komandanlığı Hörmüz boğazından keçən bütün neft tankerlərinin yalnız Tehranın təsdiqlədiyi marşrutlardan istifadə etməli olduğunu, əks halda “qətiyyətli cavabla” üzləşəcəklərini bəyan edib.
Cagdas.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb.
“İranın Hörmüz boğazında müəyyən etdiyi marşrutlara və naviqasiya qaydalarına əməl edilməməsi, təyin olunmuş marşrutdan kənara çıxılması və ya bu qaydaların pozulması silahlı qüvvələr tərəfindən dərhal və qətiyyətli cavabla qarşılanacaq. Bu isə qaydanı pozan gəmilərin təhlükəsizliyini risk altına salacaq”, – İran hərbi komandanlığının bəyanatında bildirilir./apa