Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

İran Türkiyənin Van şəhərində konsulluq açacaq

Dünya

Yaxın gələcəkdə Türkiyənin Van şəhərində İranın Baş Konsullluğu açılacaq.

Cagdas.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (30 noyabr) Tehranda Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu isə iki ölkə münasibətləri üçün yeni potensialı töhfə verəcək.

Araqçi bildirib ki, Van şəhərində yeni konsulluğun açılması İranın Türkiyədəki baş konsulluqlarının sayını artıracaq. Bu baş konsulluq öz baş konsulluq vəzifələrindən əlavə, iki ölkənin sərhəd vilayətlərinin əməkdaşlığının inkişafında önəmli rola sahib olacaq.

İranlı nazir deyib ki, İran və Türkiyə təkcə qonşu deyil, tarixi və zəngin mədəni bağları olan iki dost və qardaş ölkədir. İran və Türkiyə sərhədləri illərdir ki, sülh və dostluq sərhədləridir. Bu baxımdan hazırkı il “İran və Türkiyə mədəniyyət” ili adlandırılıb və bununla əlaqədar bir çox tədbirlər təşkil olunub.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İran rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə Tehrana səfər edib./Trend/