Son dəqiqə
Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
Reklam
Reklam

İran XİN: Venesuelanın hava məkanının bağlanması ABŞ-nin özbaşınalığıdır

Dünya

İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Venesuela hava məkanının bağlanması ilə bağlı fikirlərini pisləyib.

“Cagdas.az”ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi teleqram kanalında bildirilib.

“Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-nin Venesuelanın milli suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribatçı, qanunsuz hərəkətlərinin davamı olan bu hərəkətlərini özbaşınalıq və beynəlxalq aviasiya təhlükəsizliyinə misli görünməmiş təhdid adlandırıb”, – İran Xarici İşlər Nazirliyi qeyd edib.

Həmçinin qeyd olunur ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bunu beynəlxalq hava nəqliyyatı qaydaları da daxil olmaqla beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması adlandırıb./Report/