Bəhreyn Xarici İşlər Nazirliyi bəyan edib ki, İranın ərazisini raket və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb.
Çağdaş.Az xəbər verir ki, bu barədə nazirliyin BNA agentliyində yayımlanan açıqlamasında bildirilib.
Bəhreyn XİN BMT Təhlükəsizlik Şurasını təcili iclas çağırmağa və 2817 saylı qətnamənin icrasını təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-ın Küveyt və Bəhreyndə yerləşən əsas infrastruktur obyektlərinə cavab zərbələri endirdiyini açıqlayıb.
SEPAH-ın bəyanatına görə, atəşkəs rejiminin pozulması İran–ABŞ memorandumuna ziddir və diplomatik prosesin tamamilə dayandırılmasına səbəb ola bilər.
Bundan əlavə, korpus ABŞ-ın İranın sahil bölgəsində yerləşən beş postuna zərbələr endirdiyini bildirib.
Qeyd edək ki, iyunun 26-da ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham edib. Onun sözlərinə görə, Tehran Hörmüz boğazında olan gəmilərə qarşı azı dörd kamikadze PUA buraxıb./Globalinfo.az/
















