Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

İrəvan rəsmən təsdiqlədi: Yeni Konstitusiya bu tarixdə hazır olacaq

Dünya

Ermənistanın yeni Konstitusiyasının mətni növbəti altı ay ərzində hazır olacaq.

Cagdas.Az xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, işin yekun xülasəsi mart ayı üçün planlaşdırılır və müəyyən edilmiş son tarixlər yenidən nəzərdən keçirilməyəcək.

Nazir vurğulayıb ki, “İşimizin nəticələri mart ayında ümumiləşdiriləcək. Əvvəllər müəyyən edilmiş müddətlərdən kənara çıxmayacağıq. O vaxta qədər dərc edəcəyimiz mətn hazır olacaq”.

Qalyan qeyd edib ki, yeni Konstitusiyanın mətninin yekunlaşdırılması nazirliyin prioritet fəaliyyət sahələrindən biridir.

Xatırladaq ki, 2025-ci ilin mart ayının sonlarında Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan hakimiyyətinin 2027-ci ildə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlamışdı. Baş nazir əlavə etmişdi ki, onun komandası referendumun 2026-cı il parlament seçkiləri ilə paralel keçirilməsinin məqsədəuyğun olacağı qənaətindədir./Publika.az/