Son dəqiqə
Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? – Foto

Cəmiyyət

Erməni siyasi şərhçi Vladimir Martirosyan 20 sentyabrda Ermənistan hökumət binasının Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldığını iddia edib.

Cagdas.az  Axar.az-a istiadən  xəbər verir ki, politoloq sosial şəbəkə hesabında Ermənistan hökumət binasının qırmızı, yaşıl və göy rənglərin əks olunduğu fotosunu paylaşıb.

O iddia edib ki, İrəvandakı hökumət binassının məhz 20 sentyabrda – Azərbaycanın Dövlət Suverenliyi Günündə bu rənglərlə işıqlandırılması təsadüfi deyil.

“Bu, sadəcə rənglər məsələsi deyil. Dünyada başqa bir dövlətin milli bayramı günü simvolik binanı onun bayrağının rəngləri ilə işıqlandırmaq tanınan siyasi və diplomatik jestdir – təbrik, hörmət və ya həmrəylik ifadəsidir. Biz özümüz də dünyanın müxtəlif şəhərlərində erməni üçrəngli bayrağı ilə işıqlandırılan binaları məhz belə qəbul edirik. Deməli, eyni siyasi dil İrəvanda birdən-birə mənasız ola bilməz.

Yüzlərlə rəng, minlərlə kombinasiya var idi. Amma Azərbaycanın Suverenlik Günündə Ermənistan Hökuməti binasında məhz Azərbaycan bayrağının üç rəngi peyda oldu. İşıq qrafikası layihələndirilir, rənglər seçilir, Ermənistan hökumətinin binası isə rəng sınaqları üçün monitor deyil. Hökumət binası mesaj və simvollar nümayiş etdirmək üçün binadır”, – Martirosyan yazıb.

Qeyd edək ki, Martirosyanın paylaşdığı foto əslində iddialarının həqiqəti heç də əks etdirmədiyi təəssüratı yaradır.