Cagdas.az-ın xəbərinə görə, vətəndaşlar bundan sonra işıqforların işləməməsi ilə quruma müraciət edə biləcəklər.
Məlumata görə, Bakı şəhərində yerləşən işıqforlar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur. Paytaxt üzrə yol hərəkətinin vəziyyəti müşahidə kameraları vasitəsilə daim nəzarətdə saxlanılır. İşıqforların iş rejimində problem yarandıqda qeydə alınır, yol polisinə məlumat verilir və nasazlığın aradan qaldırılması məqsədilə texniki əməkdaşlar əraziyə yönləndirilir.
“Lakin kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən işıqforlarda nasazlıq yarandıqda, onu dərhal aşkar etmək mümkün olmur.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən işıqforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində fəaliyyət göstərən +994 (012) 590 86 02 telefon nömrəsinə məlumat versinlər”, – mərkəzdən bildirilib.\ölkə.az\


