Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

İspaniya maska və distant iş rejiminə qayıtdı

Dünya

İspaniyada qrip, COVID-19 və digər tənəffüs yolu infeksiyalarının sürətlə artması hökuməti yenidən sərt tədbirlər tətbiq etməyə vadar edib.

Cagdas.az xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin 17 muxtar bölgəsi ilə birlikdə yeni müdafiə protokolunu təsdiqləyib.

Yeni sənədə əsasən, maska taxılması, evdən işləmə rejiminə keçid, gücləndirilmiş peyvənd kampaniyaları və qapalı məkanlarda ventilyasiyanın artırılması kimi tədbirlər zəruri hallarda aktivləşdiriləcək. Risk səviyyələri “aşağı”, “orta”, “yüksək” və “çox yüksək” olmaqla dörd mərhələdə qiymətləndiriləcək və maskalar yalnız “çox yüksək” risk zonasına daxil olan bölgələrdə məcburi olacaq.

Hazırda əsas diqqət peyvəndləmə, xəstəliklərin monitorinqi və tibb personalının hazırlığına yönəlib. Lakin yoluxma göstəriciləri yüksəldiyi halda, xüsusilə xəstəxanalar, qocalar evləri və iş yerlərində cərrahi maskaların istifadəsi qəti şəkildə tövsiyə olunacaq.

Rəsmi məlumatlara görə, paytaxt Madriddə qrip halları ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Artımın əsas səbəblərindən biri xüsusilə uşaqlarda təsirli olan “Subclade K” adlı yeni qrip variantı hesab olunur./milli.az/