• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.8° Weather Columbus
$
1.7
€
1.9359
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

02 İyul, 26 / 14:21
A A
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) tərəfindən itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron formada həyata keçirilməsi məqsədilə hazırlanmış Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center-OIC) istifadəyə verilib.

Cagdas.az xəbər verir ki, bu barədə komissiyadan bildirilib.

Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System – iDMS) əsasında yaradılmışdır.

Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmininə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına və itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı əlaqələrin müasir rəqəmsal müstəvidə təşkilinə xidmət edir.

Sistemin hazırlanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, və Dövlət Komissiyasının fəaliyyət istiqamətləri nəzərə alınmışdır. Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar Azərbaycan Respublikasının ərazisində yerləşən serverlərdə saxlanılır. Portal istifadəçilərə aşağıdakı imkanları təqdim edir:

“İtkin düşmüş şəxs barədə məlumat ver” (Report a Missing Person) xidməti vasitəsilə itkin düşmüş şəxslər barədə yeni məlumatların təqdim edilməsi;

“Sorğu göndər” (Request on Missing Persons) bölməsi vasitəsilə Dövlət Komissiyasına elektron müraciətlərin ünvanlanması;

“Məkanı göstər” (Indicate a Place) xidməti vasitəsilə ehtimal olunan məzar və ya dəfn yerləri barədə coğrafi koordinatlarla birlikdə məlumatların təqdim edilməsi;

fotoşəkillərin, sənədlərin və digər materialların elektron qaydada sistemə əlavə olunması;

müraciətlərin daha operativ araşdırılması üçün əlavə məlumatların təqdim edilməsi.

Portalın mühüm üstünlüklərindən biri də vətəndaşlardan daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi, təhlil edilməsi və aidiyyəti dövlət qurumlarının istifadəsinə təqdim olunmasıdır. Bu isə axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan verir.

Onlayn Sorğu Mərkəzindən istifadə üçün Dövlət Komissiyasının rəsmi internet saytına daxil olmaq kifayətdir:
➡️ https://scmp.gov.az/ ⬅️

Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına kömək edə biləcək hər hansı məlumata malik bütün şəxsləri Onlayn Sorğu Mərkəzinin imkanlarından istifadəyə çağırır.(ölkə.az)

 

 

 

Bənzər Xəbərlər

Cəmiyyət

Rəsmi iş yoxdursa, necə kredit götürmək olar?

İyul 2, 2026
Cəmiyyət

Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq

İyul 2, 2026
Cəmiyyət

Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək

İyul 2, 2026
Cəmiyyət

Qızıl almaq istəyənlərin diqqətinə!

İyul 2, 2026
Cəmiyyət

Sabah 36 dərəcə isti olacaq

İyul 2, 2026
Cəmiyyət

Bakının 4 rayonunda sabah günortayadək su olmayacaq

İyul 2, 2026

XƏBƏR LENTİ

Rəsmi iş yoxdursa, necə kredit götürmək olar?

02 İyul, 26 / 15:56

Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq

02 İyul, 26 / 15:43

Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək

02 İyul, 26 / 15:28

Qızıl almaq istəyənlərin diqqətinə!

02 İyul, 26 / 15:15

Sabah 36 dərəcə isti olacaq

02 İyul, 26 / 15:00

Bakının 4 rayonunda sabah günortayadək su olmayacaq

02 İyul, 26 / 14:48

Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı – Bu dərmanlar satışdan kənarlaşdırıldı

02 İyul, 26 / 14:35

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

02 İyul, 26 / 14:21

285 azərbaycanlı Avropanı tərk etməyə məcbur edildi

02 İyul, 26 / 14:08

Broyler toyuqları həqiqətən zərərlidirmi? – Ekspertdən iddialara cavab

02 İyul, 26 / 13:55
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.