Son dəqiqə
Sahil Babayev dolların gələn il üçün məzənnəsini açıqladı Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər

İtkin şəxslərlə bağlı Bakı konfransında yekun bəyannamə qəbul edildi

Cəmiyyət

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannamə qəbul edilib.

Cagdas.az  xəbər verir ki, sənəd Konfransda keçirilən müzakirələrin nəticələrini və ortaq prioritetlərimizi – etimadın möhkəmləndirilməsi, humanitar əməkdaşlığın genişləndirilməsi və itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün səmərəli mexanizmlərin işlənib hazırlanması əks etdirir.

Yekun Bəyannamə layihəsi dövlətləri şəxslərin itkin düşməsinin qarşısını almağa, itkin düşmüş şəxslərin axtarışı və taleyinin aydınlaşdırılması üçün tədbirlər görməyə, ailələri müvafiq məlumatlarla təmin etməyə, həmçinin, beynəlxalq təşkilatları, xüsusilə Birləşmiş Millətlər Təşkilatını silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslərlə xüsusi olaraq məşğul olan mexanizmin yaradılmasına köməklik göstərməyə çağırır.

Qeyd edək ki, tədbirin Proqramı 9 və 10 oktyabr tarixlərində Qarabağa səfərlə davam edəcək.

Konfransın tərkib hissəsi olan bu səfər münaqişənin humanitar fəsadlarını, axtarışların aparıldığı şəraiti, minalar və partlamamış hərbi sursatların yaratdığı çətinlikləri daha dərindən anlamağa imkan verəcək. Proqrama, həmçinin Xocalı Memorial Kompleksinə, Şuşa və Laçına səfərlər, azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə tanışlıq imkanı daxildir.\modern.az\