Son dəqiqə
Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO
Reklam
Reklam

Kanada ABŞ-a cavab verdi: Cavab rüsumları qüvvəyə mindi

Dünya

Kanada hökumətinin ABŞ-ın Kanada məhsullarına tətbiq etdiyi tariflərə cavab olaraq açıqladığı cavab gömrük rüsumları rəsmi olaraq qüvvəyə minib.

Çağdaş.Az xəbər verir ki, ABŞ və Kanada arasında ticarət gərginliyinin artması fonunda Ottava Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərə qarşı müxtəlif ABŞ məhsullarına əlavə gömrük rüsumları tətbiq etməyə başlayıb.

ABŞ-ın təxminən 20 milyard dollar dəyərində məhsulunu əhatə edən yeni tariflər bu gündən etibarən qüvvəyə minib.

Məlumata görə, əlavə rüsumlar geyim məhsulları, pendir, metal hissələri, taxta məmulatları və digər məhsullara şamil olunur.

ABŞ administrasiyası iyulun 21-də Kanadanı Amerika məhsullarına qarşı “ayrı-seçkilik xarakterli” siyasət yürütməkdə ittiham etmiş və bu ölkədən idxal edilən bəzi mallara 50 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı.

Kanada hökuməti isə avqustun 25-də ABŞ-ın Kanada mallarına tətbiq etdiyi təxminən 20 milyard dollarlıq 50 faizlik tariflərə cavab olaraq, sentyabrın 8-dən etibarən ABŞ məhsullarına 15, 25 və ya 50 faiz həcmində gömrük rüsumlarının tətbiq ediləcəyini bəyan etmişdi.

Yeni tariflərin dərəcəsi ABŞ-ın müvafiq məhsullara tətbiq etdiyi rüsumlarla uyğunlaşdırılıb.

Bu addım ABŞ və Kanada arasında son aylarda dərinləşən ticarət qarşıdurmasının növbəti mərhələsi kimi qiymətləndirilir.