• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.8° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kimlər daha tez pensiyaya çıxa bilər?

06 İyul, 26 / 17:55
A A

Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi.

Bəs, kimlər daha tez pensiyaya çıxa bilərlər? Bu siyahını necə genişləşdirmək olar?

Çağdaş.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur.

V.Bayramovun sözlərinə görə, güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-ci maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir:

“Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar, əgər bu hüquqdan atalar istifadə edirsə o zaman onlar 60 yaşında pensiyaya çıxırlar”.

Deputat qeyd edib ki, Qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qaznan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.

Nəzərə çatdırıb ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır:

“Bütün bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır. Bu tək qadınlar daxil olmaqla, bir sıra vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər”./Referans Media/

Bənzər Xəbərlər

Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

İyul 6, 2026
Cəmiyyət

Azərbaycanın yeni qırıcıları səmaya qalxdı – VİDEO

İyul 6, 2026
Cəmiyyət

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

İyul 6, 2026
Cəmiyyət

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

İyul 6, 2026
Cəmiyyət

Sürücülük vəsiqəsi almaq istəyənlərə ŞAD XƏBƏR: Bundan sonra...

İyul 6, 2026
Cəmiyyət

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

İyul 6, 2026

XƏBƏR LENTİ

Sabah 37 dərəcə isti olacaq

06 İyul, 26 / 19:02

Haaland tarixi yazdı, şahzadənin jesti isə gecəyə damğa vurdu

06 İyul, 26 / 18:45

Bu avtobuslarda gediş haqqı BAHALAŞDI

06 İyul, 26 / 18:27

Türkiyə dünyaya meydan oxudu: Milli müdafiə sistemi NATO-ya daxil oldu

06 İyul, 26 / 18:11

Kimlər daha tez pensiyaya çıxa bilər?

06 İyul, 26 / 17:55

Rus kəşfiyyatının SENSASİON London əməliyyatları – Rəqiblər belə aradan götürülür

06 İyul, 26 / 17:38

İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi

06 İyul, 26 / 17:22

Meloni ilə qalmaqal bitmir: Trampdan yeni sataşma

06 İyul, 26 / 17:05

Azərbaycanın yeni qırıcıları səmaya qalxdı – VİDEO

06 İyul, 26 / 16:48

Rusiyada miqrantlara qarşı sərt qərar: Deportasiya siyahısı genişləndirilir

06 İyul, 26 / 16:31
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.